Xəbər lenti
30 yaşlı kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi - Bakıda İYRƏNC OLAY

Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb.
İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq-mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb.
Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə) maddələri üzrə cinayət işi açılıb.
Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub.
Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı.
Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar