Xəbər lenti
Azərbaycanda dəhşətli qəzada ölən idarə sədri barədə ŞOK FAKT - SƏRXOŞ OLUB

Ötən gün Samux rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Rayonun Tatlı kəndinin yaxınlığında “Mercedes” markalı, 22-BJ-696 dövlət qeydiyyat nömrəli avtomobilin aşması nəticəsində vəfat edən Goranboy sakini Sakit Verdiyevin hadisə vaxtı sərxoş vəziyyətdə olması müəyyənləşib.
O da bəlli olub ki, Sakit Verdiyev Goranboy rayonu Baxçakürd kənd bələdiyyəsinin sədri yox, kənd icra nümayəndəliyinin sədri olub. O, kənddən Gəncəyə gedərkən maşının idarəetməsini itirib və nəqliyyat vasitəsi daha əvvəl ağaca çırpılıb, sonra isə yolun kənarındakı kanala düşüb.
Bildirilir ki, Sakit Verdiyev gələn ay oğluna toy edəcəkmiş və bu məqsədlə evini təmir etdirirmiş. Dünən onun oğlu tikinti materialları almaq üçün şəhərə gedib. Daha sonra isə S.Verdiyev Gəncəyə yola düşüb və məlum hadisə baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar