Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandı

Tarix: 05-05-2019 10:10     Baxış: 3250 A- / A+
Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandı


Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.

Manevr.az gününsəsi-nə istinadla xəbər verir ki, cinayət hadisəsi Gəncənin "Mahrasa bağı” yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.

İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən "Delfin” marketlər şəbəkəsinin sahibidir.

Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır. Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb.

Cinayətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu barədə danışmaqdan imtina edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar