Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Vəhşi heyvanların hücumunun qarşısı necə alınsın? - VİDEO

Tarix: 03-05-2019 22:37     Baxış: 4180 A- / A+
Vəhşi heyvanların hücumunun qarşısı necə alınsın? - VİDEO



Canavar yaşayış məntəqəsinə və ya heyvanlara hücum edərsə, onun öldürülməsinə görə cəza tətbiq olunmur.


Manevr.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrindəki mal-qaraya hücum edirsə və bu hal əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatına ciddi təhdid yaradırsa, onun vurulması mümkündür. Əksər aidiyyəti yerli qurumlarda nazirliyin əməkdaşları və peşəkar ovçulardan ibarət işçi qruplar yaradılıb. Bu qruplar yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, növbətçilik təşkil olunur, əhali arasında maarifləndirmə işləri həyata keçirilir.

Yaxın vaxtlarda vəhşi heyvanların vaksinasiyaının aparılması da nəzərdə tutulub. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində məsləhətləşmələr aparılır. Nazirliyin şöbə müdiri Asəf Ömərovun sözlərinə görə, vaksinasiya bəzi heyvanlarda çox effektiv olsa da, bir qisminə az təsir edir. Bununla belə, qış aylarında qida formasındakı bu vaksinlərin verilməsi planlaşdırılır.

Turistlərin tələbatları nəzərə alınaraq milli parklarda yüngül taxta və dəmir konstruksiyalı köşklər qurulacaq. Köşklərdə qəlyanaltılar, yüngül qidalar və suvenirlər təqdim olunacaq. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə çıxarılacaq.

Yanğından mühafizə məqsədi ilə zəruri yerlərdə meşə müşahidə qüllələrinin və ya gözətçi postların qurulmasına, eləcə də meşəyə yaxın tikililərin ətrafında və avtomobil yollarının kənarında şumlama işlərinə də başlanılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar