Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı oliqarxın oğlu İsveçrədə necə həlak olub?

Tarix: 26-11-2016 12:57     Baxış: 4340 A- / A+
Azərbaycanlı oliqarxın oğlu İsveçrədə necə həlak olub?


Noyabrın 25-nə keçən gecə İsveçrənin Luqano gölü yaxınlığında baş vermiş avtomobil qəzasında həlak olan 23 yaşlı Azər Yaqubovun qəzanı hansısa digər avtomobillə “qonka” zamanı gölə aşırdığı istisna deyil.

Virtualaz.org xəbər verir ki, bu haqda İsveçrə KİV-ləri yazır.

Hərçənd polis təhlükəli yolda yarış versiyasını hələ təsdiq etməyib. Bununla belə İsveçrə KİV-ləri 2009-cu ildə azərbaycanlı zənginlərin uşaqlarının törətdiyi səs-küylü avtoqəzanı yada salır və “rusların” (İsveçrədə keçmiş sovet respublikalarından olan zənginlərin uşaqlarını milliyətindən asılı olmayaraq “ruslar” kimi qəbul edirlər-red.) bu ölkədə avtomobil yarışına çıxmaq vərdişlərini hələ də tərgitmədiklərini yazırlar.

Xatırladaq ki, həmin qəzada azərbaycanlı milyarder Telman İsmayılovun oğulları da daxil olmaqla 4 zəngin “rus” ümumi dəyəri milyonlarla dollar olan superkarlarla yarışa çıxmışdılar və qəza törətmişdilər. Qəzadan sonra T.İsmayılovun oğlulları atalarının qızılı “Falcon” təyyarəsində tələsik İsveçrəni tərk etmişdilər.

Xəbər verildiyi kimi Azər Yaqubovun idarə etdiyi BMV X6 avtomobili idarəetməni itirib və yolun kənarındakı dəmir baryeri sındıraraq Luqano gölünə düşüb. Qəzada Azər Yaquvbovla bərabər avtomobildə olan 19 yaşlı Diana Lebedeva-Rusiyanın YUKOS şirkətinin keçmiş səhmdarı Platon Lebedevin nəvəsi də həlak olub. Avtomobili və cəsədləri sudan bir neçə saat sonra çıxarıblar. Azər Yaqubov AZAL-ın Rusiyadakı keçmiş federal nümayəndəsi, biznesmen Mahir Yaqubovun oğludur.

Rusiya KİV-lərinin yazdığına görə Diana Lebedevanın rəfiqələri sosial şəbəkələrdə qəzanın sürət yarışı zamanı baş verdiyi haqda deyilənləri təkzib edirlər. Müğənni Dmitri Malikovun qızı, Diana ilə rəfiqə olan Stefaniya Malikova yazıb ki, qəza yoldakı qatı duman və buz qatı səbəbindən baş verib.

İsveçrə mətbuatı isə yazır ki, qəza Cenevrəyə gedən kəskin eniş-yoxuşlu dağ yolu üzərindəki “şeytan körpüsü”ündə baş verib. Və avtomobil yoldakı situasiyaya adekvat olmayan yüksək sürətlə hərəkət edirmiş.

İnstagram səhifəsində yerləşdirdiyi foto və videolardan məlum olur ki, Diana Yaqubova avtomobil həvəskarı olub, tez-tez avtomobildə selfie çəkib öz səhifəsinə qoyurmuş. Sosial şəbəkələrd onun azərbaycanlı gənclə birgə fotosuna rast gəlinmir. Bu baxımdan onların sevgili olduqlarını ehtimal etmirlər.

“Moskovskiy Komsomolets” isə yazır ki, Azər Yaqubovun təhsil aldığı TASİS ingilis məktəbi İsveçrədə dünyanın hər yerindən zəngin uşaqlarının təhsil aldığı elitar məktəbdir. Məktəb İsveçrənin Fransa səmtində, 17-ci əsrdən qalma möhtəşəm Villa De Nobili qəsrində yerləşir. Burada illik təhsil haqqı 70 min avrodur. TASİS litsey statusunda məktəbdir və buranı bitirib dünyanın məşhur ali məktəblərinə daxil olmaq istəyənlər üçün xüsusi akademik proqram nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar