Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının məşhur prokuroru 64 yaşında vəfat etdi - ŞƏKİL

Tarix: 28-04-2019 11:19     Baxış: 3543 A- / A+
Bakının məşhur prokuroru 64 yaşında vəfat etdi - ŞƏKİL

Uzun müddət prokurorluq sistemində rəhbər vəzifələrdə çalışmış Şirxan Adıgözəlov vəfat edib.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, xeyli vaxtdır şəkərli diabetdən əziyyət çəkən 63 yaşlı Ş.Adıgözəlov səhhəti son günlərdə ağırlaşıb, tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Adıgözəlov Şirxan Yusif oğlu 26 sentyabr 1955-ci ildə Azərbaycanın Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. O, uzun müddət prokurorluq sistemində çalışıb, 2004-cü ildən 2009-cu ilə kimi Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 2009-cu ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.

Şirxan Adıgözəlov həmdə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru idi.

Allah rəhmət eləsin!
Bakının məşhur prokuroru 64 yaşında vəfat etdi - ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar