Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Ulduz"un "Nazik"i vəfat etdi

Tarix: 26-04-2019 14:20     Baxış: 3294 A- / A+
"Ulduz"un "Nazik"i  vəfat etdi

Aktrisa Məleykə Ağazadə 90 yaşında dünyasını dəyişib.

Bu barədə Teatr Xadimləri İttifaqından məlumat veriblər. Aktrisa yüksək qan təzyiqindən dünyasını dəyişib. M.Ağazadə Bakıda dəfn olunub. Bu gün üç mərasimidir. Məleykə Ağazadə geniş tamaşaçı kütləsinə “Ulduz” filmindən Nazilə xanım kimi tanışdır.

Xatırladaq ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib.lent.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar