Xəbər lenti
Moskvada atışma, 2 azərbaycanlı öldü YENİLƏNİB, TƏFƏRRÜAT, VİDEO
Məlumata görə, Rəsul adlı şəxs əvvəl həmyerlisini, sonra özünü güllələyib
Moskvada baş verən qətlin bəzi detalları açıqlanıb. İlkin məlumata görə, qətl qisas məqsədi ilə törədilib. Belə ki, R. Abdullayev öldürülən övladının qisasını alıb.
Rusiya mətbuatında yer alan məlumata görə, 60 yaşlı Abdullayevin oğlu 10 il öncə qətlə yetirilib. O, qumar oyunları ilə maraqlanıb. Nəticədə külli miqdarda pul uduzub və borcunu ödəyə bilməyib.
Lakin mərhumun qonşuları bu iddialarla razılaşmırlar. Onların sözlərinə görə, hadisə uzun illər öncə baş verib. Rəsul çox sakit və dostcanlı insan idi.
R.Abdullayev Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Onun "Turkan", "Kupol" və "Geras-group LTD" adlı şirkətləri olub.
Hadisə baş verən əraziyə gələn mərhumların yaxınları isə hər hansı açıqlama verməkdən imtina ediblər.
Saat 08:49
Moskvanın "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında silahlı insident baş verib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Məlumata görə, onlardan biri əvvəlcə digərini silahla vurub, sonra isə özü intihar edib.
Ölənlərədn birinin üzərində "The Moscow Times" in əməkdaşı Vaqif Hümmətova aid sənəd tapılıb. Lakin onun saxta ola biləcəyi istisna edilmir. Belə ki, artıq nəşr heç bir əməkdaşının atışmada iştirak etmədiyini bəyan edib.
Atəş açan şəxsin adı isə Rəsul Abdullayevdir. Hər iki şəxsin Azərbaycan vətəndaşı olduğu deyilir.
Hadisə yerində əməliyyatçılar işləyirlər. Faktla bağlı cinayət işi açılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar