Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda qız onunla evlənmək istəməyən sevgilisini - AMANSIZLIQLA ÖLDÜRDÜ

Tarix: 25-04-2019 18:55     Baxış: 5270 A- / A+
Bakıda qız onunla evlənmək istəməyən sevgilisini - AMANSIZLIQLA ÖLDÜRDÜ

Keçən ilin iyununda Binəqədidə yerləşən oteldə sevgilisini öldürən qız Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Manevr.az news24.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirləndirilərək 15 il 6 ay müddətinə həbs cəzası verilən 1987-ci il təvəllüdlü Hüseynova Günel Yaşar qızının müraciəti Apelyasiya məhkəməsində icraata götürülüb. İşə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq və ilk iclas mayın 3-nə təyin edilib.
Məlumata görə, Günel Hüseynova özündən 6 yaş kiçik olan sevgilisini onunla evlənmədiyi üçün öldürüb. Belə ki, Atakişiyev Vüqar Rasif oğlu G.Hüseynova ilə sevgi münasibətində olub. Sonra isə onunla evlənməyəcəyini dediyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı G.Hüseynova Vüqarı qətlə yetirib.

Qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonundakı "Qrand" otelində baş verib.

Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi otelin ikinci mərtəbəsində bıçaqlayıb.
Məlumata görə, onlar oteldə otaq kirayələyiblər. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev hadisə yerində dünyasını dəyişib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar