Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Uşaqlarımız yazıqdır, neçə gündür ürəkağrısı tapmışam" - Üzünü it parçalayan Hüseynin atası

Tarix: 22-04-2019 17:07     Baxış: 3228 A- / A+
"Uşaqlarımız yazıqdır, neçə gündür ürəkağrısı tapmışam" - Üzünü it parçalayan Hüseynin atası


Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov övladının həyatı ilə bağlı narahatlığını bildirib.

Manevr.az bildirdiyinə görə, Q.Məmişov deyib ki, həkimlərin sözlərinə görə, həyati təhlükənin sovuşması üçün 40 gün lazımdır: "Hazırda uşağın vəziyyəti stabildir. Amma heç kim qərar vermir ki, uşaq sağala bilər, yaxud onda quduzlaşma yaranar. Mən həkimləri də qınamıram. Müalicəni, iynə-dərmanlarını edirlər, ümid Allahadır".

Q.Məmişov küçə itləri ilə bağlı müvafiq qurumlara çağırış edib: "Bir valideyn kimi tələb edirəm ki, itlərlə bağlı tədbir görülsün. Vətəndaşlar küçələrdəki itlərin əlindən rahat şəkildə gəzə bilmirlər. Əgər mən avtomatı götürüb o itləri vursam, məni terrorçu elan edəcəklər. Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itlərilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir. Bunların qarşısını almaq lazımdır. Uşaqlarımız yazıqdır, mən neçə gündür ürəkağrısı tapmışam".

Rəsmilərdən lazımi kömək göstərildiyini deyən ata ancaq övladının sağalmasını istədiyini söyləyib:

"Hüseyndən başqa, iki məktəbli övladım da var. Anası uşağı məktəbdən gətirib evdə mətbəxə keçəndə Hüseyn həyətdə olub. İt çəpərdən tullanıb uşağın yanağından dişləyib, yerlə sürüyüb. Mən hasarımı tikmək istəyəndə imkan versəydilər, övladım belə olmazdı".

Qeyd edək ki, uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov da Trend-ə açıqlamasında uşağı dişləyən itin quduz olduğunu deyib: "İt quduz olduğu üçün uşağı dişlədikdən sonra ölüb, uşağın quduzluğa yoluxub-yoluxmaması barədə isə indi heç nə demək olmaz. Təxminın 40-60 gündən sonra xəstə buna görə uşaq infeksionistləri tərəfindən müayinədən keçirilməlidir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar