Xəbər lenti
İnsanı öldürə bilən XƏSTƏLİK - Azərbaycanda 4909 nəfər...
Cari ilin ilk 3 ayı ərzində heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4909 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.
Məlumata əsasən, insanlara zərər 90 faiz itlər tərəfindən yetirilib. Heyvanlar tərəfindən insanlara yetirilmiş zərərin əsasən 40 faizi təhlükəli lokalizasiyanın ( əl, üz, baş, boyun ), 60 faizi isə aşağı ətrafların payına düşür.
Qeyd edək ki, it dişləməsi nəticəsində insana quduzluq xəstəliyi keçə bilər.
Həkim pediatr Aytən İsmayılzadə Metbuat.az-a açıqlamasında quduzluqdan danışıb. O bildirib ki, quduzluq ölümcül xəstəlikdir. Törədici virusdur. Heyvanlar və insanlar yoluxduğunda ölüm riski yüksəkdir. Bu haqda məlumatlı olmaqla ölüm riskini sıfıra endirmək olar. Virus insana həm quduz heyvanın dişləməsindən, həm də onun ağız suyunun insanın zədələnmiş, tamlığı pozulmuş dərisinə, selikli qişasına düşdükdə də yoluxur. Əlamətlər yoluxduqdan 3-8 həftə sonra üzə çıxa bilir. Bu zaman hərarət, baş ağrısı ürəkbulanma, halsızlıq, iştahsızlıq olur. Ancaq bu əlamətlər bir çox xəstəliklərdə olur.
Həkim qeyd edib ki, bu əlamətlərdən sonra sudan, işıqdan qorxma, udqunma iflici başlayır və beyin komaya girir. Bu halda həyata dönüş çətin məsələdir. Peyvəndsiz heyvanın yaxud quduz olduğuna şübhə etdiyiniz heyvan dişlədikdə quduzluq əleyhinə peyvənd və serumla ölümdən dönmək olar. Həmçinin, dişlənən yeri ilk olaraq 15 dəqiqə axar su altında yumaq lazımdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar