Xəbər lenti
Azərbaycanda kafedə işləyən qadın namusunu qorumaq üçün bıçağa əl atdı
Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinən İbrahimova Ulduz Firdovsi qızının məhkəmə prosesi davam edir.
Manevr.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 17-nə təyin olunub.
Qeyd edək ki, bıçaqllanma hadisəsi ötən ilin may ayında Gədəbəy rayonunda qeydə alınıb.
Rayonun Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Əsgərov Rövşən Malik oğlu kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə orada işləyən Ulduz İbrahimova sataşıb. Bu zaman qadın sərxoş kişiyə xəbərdarlıq etsə də xeyri olmayıb. Nəticədə U.İbrahimova mizin üzərində olan bıçaqla Rövşənin döş qəfəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Cinayəti törətməkdə şübhəli bilinən U.İbrahimova isə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar