Xəbər lenti
Məhkəmədə Maşallah Əhmədovla zərərçəkən arasında əlbəyaxa dava düşüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi davam etdirilib.
Manevr.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, M. Əhmədovla aralarında heç bir razılaşma yoxdur. O, M. Əhmədova yüksək cəza verilməsini məhkəmədən xahiş edib.
M. Əhmədov isə zərərin ödəniləcəyini deyib.
M. Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.
Daha sonra M. Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa mübahisə yaranıb.
Proses dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar