Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 9 yaşlı şagird atası tərəfindən vəhşicəsinə döyüldü

Tarix: 16-04-2019 10:16     Baxış: 3259 A- / A+
Bakıda 9 yaşlı şagird atası tərəfindən vəhşicəsinə döyüldü


Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən biri valideyn zorakılığı nəticəsində xəstəxanaya yerləşdirilib.

Manevr.az xəbər verir ki, məktəbdən "Report"a verilən məlumata görə, bir nəfər ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) 15.04.2019-cu il tarixdə müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.

Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq bildirib ki, evdə atası tərəfindən döyülüb və bu səbəbdən xəsarətlər alıb.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunmuş və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar