Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

İki yaşlı uşaq atasını həbs etdirdi

Tarix: 14-04-2019 22:43     Baxış: 3201 A- / A+
İki yaşlı uşaq atasını həbs etdirdi

Rusiyanın Çelyabinsk vilayətində 35 yaşlı kişi dörd ildir ki, birinci nikahdan olan üç uşağına aliment ödəməkdən yayınırmış.

Manevr.az-ın xəbrinə görə yığılan alimentin məbləği 15 min dollara gəlib çıxıb. Alimenti ödəmədiyinə görə o, məhkəmə qərarının icrasından boyun qaçırmaqda təqsirli bilinərək, 20 saat islah işləri cəzasına da layiq görülüb. Amma bu cəzanı da çəkməyib.
Kişi ikinci dəfə ailə həyatı qurub və bu nikahdan onun 2 yaşlı bir oğlu var. Məhkəmə icraçıları bu dəfə onun ikinci ailəsilə birlikdə yaşadığı evə gəliblər. Həyat yoldaşı ərinin evdə olmadığını deyib. İcraçılar mənzilə ümumi göz gəzdirsələr də, kişini görməyiblər. Bu zaman iki yaşlı uşaq icraçılardan birinin əlindən tutaraq, onu yataq otağına tərəf aparıb. Məhkəmə icraçısı elə zənn edib ki. uşaq ona oyuncaqlarını göstərmək istəyir, ona görə də arxasınca gedib. Yataq otağında uşaq barmağını tuşlayaraq, çarpayı ilə divar arasında təxminən 30-40 santimetr enindəki bir yeri göstərib. İcraçı ora baxanda uşağın atasının orada gizləndiyini görüb.

Elə həmin gün kişi məhkəmə qarşısına çıxarılıb və ona 7 sutka həbs cəzası verilib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar