Xəbər lenti
Bağban işlədiyi evin sahibini və həyat yoldaşını öldürdü — Bakıda dəhşətli cinayət
Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə ibtidai istintaq başa çatıb.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Zeynal Ağayevin icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkum olunan İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb.
O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadı A.Şuşalıya məxsus "Land Rover" markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıblar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar