Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı - ŞƏKİLLƏR

Tarix: 10-04-2019 20:08     Baxış: 4188 A- / A+
23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı


Bu gün Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verib.

Bu barədə xəbər alındıqdan dərhal sonra Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Komitəsinin sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində, dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Manevr.az

23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı
23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı
23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı
23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı

23 mənzildə yaşayan məcburi köçkünə kirayə pulu veriləcək - Mətbuat xidmətinin məlumatı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar