Xəbər lenti
Qubada maskalı şəxslər evə girib, 13 600 manat apardılar

Quba rayonunda ev sahibini döyüb oğurluq edən keçmiş məhkum saxlanılıb.
Verilən məlumata görə, aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13 600 manat və mobil telefon aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Dərhal Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































