Xəbər lenti
Sumqayıtda evdə partlayış, yanğın olub, ana və qızı yanıq xəsarətləri alıb

Bu gün Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində səhər saatlarında partlayış olub.
Fərdi evlərin birində qaz balonu partlayıb.
Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar.
Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır. (ONA)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar