Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Direktoru döyən aktyorla bacısı oğlu yenidən məhkəmə önündə

Tarix: 06-04-2019 11:28     Baxış: 3227 A- / A+
Direktoru döyən aktyorla bacısı oğlu yenidən məhkəmə önündə

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə yenidən təyin olunub.
Martın 4-də keçirilən hazırlıq iclasında işə baxan hakim Ələddin Cəfərov özü-özünə etiraz etmişdi. Belə ki, hakim bu iş üzrə şahid olduğu üçün prosesə sədrlik edə bilməyəcəyini açıqlamışdı. Ə.Cəfərov Nizami rayon məhkəməsinin sədri olduğu üçün onun etirazına Bakı Apellyasiya Məhkəməsində baxılıb və etiraz təmin edilərək iş yenidən rayon məhkəməsinə qaytarılıb. Bu dəfə iş başqa bir hakimin sədrliyi ilə araşdırılacaq. İlkin hazırlıq iclası aprelin 10-na təyin edilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rza Rzayev və Toğrul İbrahimli Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.faktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar