Xəbər lenti
Oğul ailə qurmaq istəyən anasına 11 bıçaq zərbəsi vurdu – Azərbaycanda dəhşət

Bərdə rayonunda anasını öldürməyə cəhd etməkdə təqsirli bilinən Elvin Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.
İttihama görə, Bərdə rayonunun Qarabağ qəsəbəsində Elvin Əhmədov küçənin ortasında anası Aybəniz Vəliyevanın boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub.
Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının oğlu buna etiraz edib.
Anası ilə küçədə mübahisə edən Elvin Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. Elvin Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.
İstintaq orqanı tərəfindən Elvin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar