Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Politoloq Nəzakət Məmmədovanın mənzili yarıldı

Tarix: 30-03-2019 20:35     Baxış: 3317 A- / A+
Politoloq Nəzakət Məmmədovanın mənzili yarıldı

"Dostlar, dünən evimdən oğurluq olub. Amma nə hikmətsə, evdən ancaq informasiya mənbələri olan iki noutbuk, mobil telefonum və televizor oğurlanıb."

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova öz feyzbuk səhifəsində yazıb. Xanım politoloq hadisə barədə sözlərinə belə davam edib:
"Maraqlı olan iki məsələ var - ev alt-üst edilməyib, görmüşük ki, evə oğru gələndə evi ələk-vələk edib qızıl, pul, zinyət əşyaları axtarır. Amma bizim bu oğru "humanist" oğru olub. Ancaq informasiya mənbələrini aparıb. Görünür, kimlərəsə mənim siyasi fəaliyyətim sərf etmir, son dövrdəki açıqlamalarım kimlərisə, müəyyən dairələri narahat etməyə başlayıb və mən bunu bir xəbərdarlıq kimi qəbul edirəm. Düşünürəm ki, məqsəd heç də əmlak qarət etmək yox, mənə xəbərdarlıq olubdur. Bu, sıradan oğurluq hadisəsi deyil, mən özümün və övladımın həyatına ciddi təhlükə olduğunu düşünürəm. Bu o deməkdir ki, bu gün evə girib nəsə oğurlamışıqsa, sabah səni bir göz qırpımında öldürə bilərik. Mən dövlətimə inanıram, Prezidentimizə inanıram və hesab edirəm ki, bunu edənlər tapılaraq sifarişçilərin hərəkətinə qiymət veriləcəkdir. Artıq polis araşdırma aparır. Sifarişçilərin kim olduğunu bilirəm. Sadəcə, istintaq sirri olduğu üçün hələ ki, açıqlamıram.
P.S. Sifarişçilərə isə deyirəm ki, siz heç kimsiniz, heç nəyinizə də güvənməyin. Nə yığdığınız haram pullara, nə də başqa şeylərə. Layiq olmadığınız rütbə, mövqe sizin başınızı gicəlləndirib, reallıq hissini itirib özünüzü əstağfürullah Allah sayırsınız. Bu ölkə sahibsiz deyil. Sizin də vaxtınız çatacaq! Geci-tezi var! Hər fironun bir Musası var!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar