Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranskinin qonşularını kim öldürüb? : Növbəti qətl

Tarix: 23-11-2016 14:30     Baxış: 4352 A- / A+
Lənkəranskinin qonşularını kim öldürüb?


Noyabrın 22-də Lənkəranın Kiçik bazar məhəlləsində baş verən müəmmalı ölüm hadisəsinin təfərrüatı məlum olub.
Manevr.az xəbər verir ki, hadisə ötən gün şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb. Bu ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.
Meyitlər müayinə üçün morqa aparılıb və hələ də dəfn olunmayıb. Yerli sakinlərdən verilən məlumata görə, qətlin sələmçiliklə bağlı baş verdiyi ehtimal olunur.
Aydın Kiçik bazarda tanınmış adamlardan imiş. O, vaxtını əsasən Kiçik bazar məscidinin yaxınlığındakı çayxanada domino oynamaqla keçirən pensiyaçı idi. Sakit, yaşlı bir adam olub. Onun Azad adlı oğlunun olduğu bildirilir.
Məlumatda deyilir ki, mərhum uzun müddətdir sələmçiliklə məşğul imiş. Hadisənin də sələmə pul verdiyi şəxslərdən birinin törətdiyi ehtimal olunur. Cinayəti narkomanların törətməsi istisna edilmir.
Onların silah kimi küt alətdən istifadə etdikləri bildirilir. Hadisədən sonra evə daxil olan qonşuları ahıl ər-arvadı yerdə uzanmış vəziyyətdə aşkarlayıblar.
Bu, Kiçik bazarda sələmçiliyə görə baş verən ilk belə qətl hadisəsi deyil. 2014-cü il martın 21-də bayram günü A.Allahverdiyevin qonşusu, Şəhidlər Xiyabanı – 5 ünvanında yaşayan sələmçi Sürəyya Tağıyeva qətlə yetirilib.
Onu qapı qonşusu Samid Hüseynov da eyni aqibətlə üzləşib.
S.Tağıyeva uzun illərdi tək yaşayırdı. Onu rayonda sələmçi kimi tanıyırdılar. Hadisədən sonra polis evindən 5 kilo qızıl çıxardığı iddia olunur. Eyni zamanda kimlərə sələm verdiyi, kimlərin ona aylıq pul ödədiyini sübut edən siyahı ortaya çıxıb.
Bundan başqa, rayonun Mamusta kəndində də sələmçi qadının evinə basqın olmuşdu. Onlar sələmçiyə xəsarət yetirməsələr də, evindəki qızıl dolusu seyfini götürüb aparıblar. Hadisənin 2 gün əvvəl baş verdiyi iddia olunur.
Xatırladaq ki, Kiçik bazarda qətlə yetirilən sələmçilər məşhur kriminal avtoritet, İstanbulda öldürülən Rövşən Lənkəranskinin ata evinə yaxın yaşayır.24saat.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar