Xəbər lenti
Qaradağda avtobus yük avtomobilinə çırpıldı: yaralılar var

"Araz Trans” şirkətinə məxsus "Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində "QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Manevr.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar