Xəbər lenti
Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi

Qubada 3 yaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az lent.az-a istinadla verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Füzuli Bəylərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan təqsirləndirilən məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, hadisə bu il Qubada baş verib.
Füzuli Bəylərov bacısı qaynının 3 yaşlı oğlunu evdə tək olduğunu bilib və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Uşağın valideynləri məsələdən xəbardar olaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Məlumat əsasında F.Bəylərova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
Lakin onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar