Xəbər lenti
Sumqayıtdakı partlayışla bağlı rəsmi açıqlama: rəis ölüb, 3 yaralı var
Sumqayıtda 6 gün əvvəl baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən "STP-3 Metaləritmə" zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunmuşdur.
Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.
Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən 27 mart 2019-cu il tarixdə vəfat etmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.
Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar