Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirdi

Tarix: 28-03-2019 07:38     Baxış: 3217 A- / A+
Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirdi

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində yerli sakinlər etiraz aksiyası keçiriblər.

Manevr.az xəbər verir ki, əhali kənddə otlaq sahələrinin fərdi şəxslərə satılmasına etiraz ediblər.

Etirazçılar bildiriblər ki, onların yeganə gəlir mənbəyi maldarlıqdır və otlaqlara alternativ sahələr yoxdur. Onların sözlərinə görə, Gürcüstanda prezident seçkiləri öncəsi 16 hektarlıq otlaq sahələrinin Qaracalar kəndinin mülkiyyətinə veriləcəyi bildirilsə də, daha sonra həmin sahələr fərdi şəxslərə satılıb.

Bir neçə gün öncə kənddə otlaq sahələrdən birinin sahibi və sakinlər arasında fiziki qarşıdurma da baş verib. Faktla bağlı araşdırma aparılır.

Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili aksiya iştirakçıları ilə görüşüb. O, vəziyyətlə tanış olduqdan sonra sakinlərə məsələnin dinc yolla həll olunacağına söz verib.

Etiraz aksiyası axşam saatlarına qədər davam edib. İştirakçılar bildiriblər ki, məsələ həll edilməsə, etiraz aksiyalarını dayandırmayacaqlar. Aksiya başa çatsa da, polis əməkdaşları kənddə asayişin qorunmasına cəlb olunub.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar