Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

FHN nə üçün könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir? - SƏRT AÇIQLAMA

Tarix: 26-03-2019 14:50     Baxış: 3430 A- / A+
FHN nə üçün könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir?

"Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur. Bu gün 1000-dək mağazası olan "Diqlas" Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki, əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görsənir ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər".

Manevr.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yayıb.Onun sözlərinə görə, dünyada artıq bu tip ərazilərdə və obyektlərdə baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur:
FHN nə üçün könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir?

"İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın ?
Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı ximətlər təklif olunurdu? İndi onların zərərini kim ödəməlidir?
Fikrimcə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir.

Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların, yanğınsöndürənlərin olduğu halda, uzun müddət yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə demək ümumiyyətlə yanğından mühafizə sistemi, yanğın təhlükəsizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil.

Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki , mövcud resurslarla yalnız kənara yayılmanın qarşısını almaq mümkün olacaq. Odur ki, bu məsələlərə yenidən baxılması doğru olardı.

Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir ? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub.
Əlbəttə, yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik, biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik, onların fədakarlığını yüksək qiymətləndirirk.

Bununla belə düşünürəm ki, FHN yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir. Yeni yanaşmalar olmalıdır, FHN Könüllü dəstələrin yaradılmasını stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir".unikal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar