Xəbər lenti
Müştəri avtomobil ustasını ölümcül döyüb - BAKIDA

Avtomobil təmiri servisində sürücü ustanı döyüb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "VER" avtomobil servisində qeydə alınıb.
Belə ki, servisdə usta işləyən 1990-cı il təvvəllüdlü Babayev Xəqani Qüdrət oğlu 6 ay əvvəl avtomobilini təmir etdiyi müştərisi ilə mübahisə edib. Müştəri 6 ay əvvəl avtomobilini X. Babayevə təmir etdirdiyini və ustanın əl işindən narazı qaldığını, avtomobilinin hələ də nasaz olduğunu bildirib. X.B abayev isə başqa vaxt gəlməsini təklif edib. Bundan hiddətlənən müştəri X. Babayevin baş nahiyəsinə dəmir alətlə vurub.
X.Babayev xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə onun vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar