Xəbər lenti
Sərhəddə 500 azərbaycanlı saxlanılıb

Kərbəlaya ziyarətə gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.
Bu barədə apa-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: "500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir.
Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































