Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda qalmaqal: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar

Tarix: 16-03-2019 18:16     Baxış: 3213 A- / A+
Qazaxıstanda qalmaqal: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar
Astanada komandalar arasında şahmat üzrə dünya çempionatı başa çatdıqdan sonra misli görünməmiş hadisə baş verib və Azərbaycan yığma komandası ixtiyarsız həmin hadisələrin mərkəzinə düşüb.

Belə ki, Astana hava limanında məlum olub ki, Azərbaycan yığmasının şahmatçısı Eltac Səfərli Qazaxıstanı tərk edə bilməz. İş burasındadır ki, Eltacın və bütün komandamızın yaşadığı mehmanxanada onun qeydiyyatı rəsmiləşdirilməyib. Bu səbəbdən şahmatçı təyyarəyə buraxılmayıb. Yoldaşı ilə həmrəylik əlaməti olaraq, Rauf Məmmədov da uçmaqdan imtina edib və Eltacla qalıb.

Şahmatçılarımızın bildirdiklərinə əsasən, Qazaxıstan Şahmat Federasiyasının mövqeyi təəccüb doğurmaya bilməz. Belə ki, federasiya nəinki biletlərin əldən çıxmasına görə pulların kompensasiyasından imtina edib, həmçinin azərbaycanlı idmançılara kömək etməkdən imtina edərək, martın 18-də Eltac Səfərlinin məhkəmə qarşısında cavab verəcəyini bildirib. Nəzərə almaq lazımdır ki, bu hadisədə şahmatçının heç bir günahı yoxdur, bütün bu olanların yeganə səbəbkarı dünya çempionatının təşkilatçılarıdır!

Rauf Məmmədov virtualaz.org-a bildirib ki, Qazaxıstan federasiyası onlara son dərəcə bivec yanaşıb, lakin müəyyən insanların müdaxiləsindən sonra məhkəmənin bu gün keçirilməsi mümkün olub. Bu dəqiqələrdə şahmatçılarımız məhkəmədədir və ümid edirlər ki, nəhayət, Astananı tərk edə biləcəklər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar