Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Afətin mahnısına görə işdən çıxarılan 5 qadın geri qaytarılacaqmı? - BAŞ HƏKİM İCLAS ETDİ

Tarix: 16-03-2019 16:35     Baxış: 3270 A- / A+
Afətin mahnısına görə işdən çıxarılan 5 qadın geri qaytarılacaqmı?

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən çıxarılıb.
Manevr.az xəbər verir ki, məsələ bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Sözügedən hadisə ilə bağlı “Hər şey Daxil” proqramının aparıcısı Tarix Əliyev Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovla əlaqə saxlayıb. O, işdən azad olunan xanımların məhkəməyə müraciət etmələrini bildirib. Aparıcı isə, işdən azad olunan beş xanımın vəkil tutmaq üçün maddi vəziyyətlərinin yaxşı olmadığını açıqlayıb:

“Pəriz müəllim elə aydınlıq gətirdi ki, məhkəməyə müraciət etsinlər, bu yazıq 5 qadın (2 tibb bacısı, 3 xadimə) hardan pulları var ki, vəkil tutsunlar?! Əgər, bu Elçin həkimin özü bilirsə ki, onlara deyib gedin, könüllü ərizə yazın. İndi nə özündən qanun yaradır? Bəsdirin, bəzi pozğun müğənniləri gündəmə gətirdiniz! Şəkidə 5 qadını işdən çıxardan və heç bir televiziyanı klinikaya buraxmayan baş həkimin özbaşnalığın yazın ki, bu xanımlar çörəksiz qalıb. Dünən iclas edib və bildirib ki, onlar işə qayıtmayacaq, məhkəmə olmadan belə sözü kim haqq verib? Kimə güvənir bu baş həkim? Bu ölkədə 5 xanımı işdən əsassız çıxarmağı kim tapşırıb? Əgər, Səhəiyyə Nazirliyindən belə qərar gəlibsə, rəsmi açıqlama versinlər. Bunu xarici mətbuat görsə, biabırçılıq olacaq. Məncə, bunun arxasında başqa işlər var! ”big.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar