Xəbər lenti 
					
 
		Ermənistan vətəndaşı Naxçıvana keçib - Müalicə almaq üçün...

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistanla sərhədində Ermənistan Respublikası vətəndaşının saxlanılması haqqında Naxçıvandakı mənbələrdən Moderator.az-a məlumat daxil olub.
Qaynağın bildirdiyinə görə avqust ayının əvvəlində Sədərək rayonu ərazisinə Ermənistanla sərhəddən keçmiş erməni hərbiçilərimiz tərəfindən saxlanılıb. Sədərək rayonu ərazisində saxlanılmış erməni 1954-cü il təvəllüdlü, Artaşat rayonunda yaşayan Henrik Agetyan olduğunu bildirib.
Ruhi xəstə olduğu güman olunan Henrik Agetyan Naxçıvan ərazisinə müalicə almaq məqsədi ilə gəldiyini deyib.
Ermənistanda acınacaqlı durumun hökm sürdüyünü və səhiyyə sistemlərinin bərbad vəziyyətdə olduğunu bildirən Agetyanın dediyinə görə, yaşadığı Artaşat rayonu ərazisində də yayımlanan Naxçıvan televiziyasında muxtar respublikanın səhiyyə və tibb ocaqları haqqında proqram izlədikdən sonra mualicə almaq üçün buraya keçmək qərarına gəlib.
Agetyan Ermənistanda müalicə olunmaq üçün həkim tapmadığını, bu məqsədlə də Sədərək rayonu ərazisinə keçdiyini deyib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















