Xəbər lenti
RƏZALƏT! Ana uşaqlara bunu etdi - Dayana bilməyən dayə..
Adanada bir qadının ögey oğlunun boğazını sıxıb, qulağını çəkdiyi görüntülər ortaya çıxıb və uşaq dövlət mühafizəsinə götürdülüb.
Manevr.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, ögey ana həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıb. Baxıcının dözməyərək çəkdiyi görüntülərdə ögey ana, qarşısında heç tərpənmədən duran uşağı sıxır.. Həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılan ögey ananın uşağı döymədiyini, qorxutmaq üçün etdiyini iddia edib.
Hadisə mərkəz Çukurova rayonunda baş verib. İddiaya görə, H.A. 2016-da D.K. adlı arvadından boşanıb. Oğlan uşaqlarını isə məhkəmə ataya verib. Ata bir müddət sonra C.A. adlı bir qadınla evlənib. 8 yaşlı oğlu da bu qadınla birlikdə qalmağa başlayıb. Ancaq ögey ana uşağı döyməyə başlayıb iddiaya görə. Bu vəziyyətə biganə qalmayan baxıcı isə uşağa tətbiq olunan psixoloji təzyiqi və şiddəti cib telefonu ilə lentə alıb.
Uşaq qorxusundan qadının qarşısında tərpənmədən dayanıb qəmgin səslə özünü müdafiə etməyə çalışıb. Bir müddət sonra gözlədikdən sonra ögey ana uşağın boğazını sıxıb qulağını çəkir. Bu dəqiqələrdə isə qadının iki uşağı da hadisələri izləyir. Dayaq yeyən uşaq isə ağlayır. Görüntüləri çəkən baxıcı daha sonra qorxub qeydiyyatdan çıxır.
Bu görüntülərin ortaya çıxmasının ardından uşağı dövlət mühafizəsinə götürüb. Ana haqqında isə istintaq başlayıb. Polis mərkəzinə aparılan ögey ana ifadəsinin alınmasının ardından həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar