Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbdə şagirdi döyən müəllim işdən çıxarılıb -VİDEO

Tarix: 13-03-2019 10:41     Baxış: 4726 A- / A+
Bakıda məktəbdə şagirdi döyən müəllim işdən çıxarılıb -VİDEO


Hərbi hazırlıq müəllimi dərs zamanı şagirdi döyüb.

Manevr.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 30 saylı tam orta məktəbdə baş verib.

Məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi dərs zamanı şagirdlərdən birinin üz və bədənin müxtəlif nahiyyələrinə yumruqla vuraraq onu döyüb. Hadisənin başvermə anını isə sinifdə olan şagirdlərdən biri qeydə alaraq sosial şəbəkələrdə paylaşıb. Müəllimin şagirdi döyməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məktəbin müdir müavini Rauf Sultanzadə hadisənin həqiqətən dərs zamanı baş veridiyini təsdiqləyib.

Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, hazirda 30 nömrəli tam orta məktəbin müəllimi Mehman Məsimov ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması prosesinin rəsmiləşdirilməsi aparılır.

30 nömrəli tam orta məktəbin direktor müavini Rauf Sultanzadə isə deyib ki, hadisə baş verən vaxtı hərbi hazırlıq müəllimi əsəblərini cilovlaya bilməyib və nəticədə də pedaqoji qaydalara uyğun olmyan hərəkət edib. Hadisə baş verən andan sonra isə heç həmin müəllim işə gəlməyib. Bununla bağlı da məktəb rəhbərliyinə heç bir məlumat verməyib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar