Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Başı və onurğa sümüyü..." - 18 yaşlı nişanlı qız pəncərədən yıxıldı - TƏFƏRRÜAT

Tarix: 11-03-2019 11:03     Baxış: 3186 A- / A+
"Başı və onurğa sümüyü..." - 18 yaşlı nişanlı qız pəncərədən yıxıldı - TƏFƏRRÜAT


Bir qədər əvvəl saytlarda Mingəçevirdə 18 yaşlı bir qızın beşinci mərtəbədən yıxıldığı xəbərini oxudum. Dərhal Mingəçevir şəhər səhiyyə şöbəsinin rəhbərinə zəng etdim və qızın səhhəti ilə maraqlandım".

Manevr.az məlumatına görə bu sözləri deputat Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəyə-dəyə düşdüyünə görə belə hadisə üçün az zədə alıb:

"Deyildiyi kimi, başı və və onurğa sümüyü ağır zədə almayıb, qolları sınıb və bədənində zədələri var, vəziyyəti stabildir".

Deputatın sözlərinə görə, Mingəçevirdə tibbi sığorta tətbiq olunduğu üçün qızın müalicə xərcləri tam qarşılanır:

"Bakıdakı lazımi tibb professorlarla məsləhətləşmələr aparılıb. O hələ ki, Mingəçevirdə müalicə alır, ciddi ehtiyac yaranarsa, vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq, ya da qız Bakıya göndəriləcək".

A.Mirzəzadə xəsarət alan xanımın ailə üzvlərilə də əlaqə saxladığını söyləyib:

"Telefon nömrələrini taparaq qızın atası, nənəsi və qayınanası ilə danışdım. Səhiyyə rəhbəri ilə söhbətim barədə onlara məlumat verdim və qıza şəfa arzuladım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim.

Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi, ya da hədiyyə göndərəcəyimi bildirdim".

Qeyd edək ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb.

Məlumata görə, S.Qarayeva nişanlıdır, martın 24-ü toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır. /sonxeber.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar