Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

23 yaşlı üçqat dünya çempionu İNTİHAR ETDİ

Tarix: 11-03-2019 10:02     Baxış: 3234 A- / A+
23 yaşlı üçqat dünya çempionu İNTİHAR ETDİ


ABŞ-ın velosiped idmanı üzrə 23 yaşlı üçqat dünya çempionu Kelli Ketlin özünə qəsd edib.

Manevr.az "report"a istinadən xəbər verir ki, bu barədə onun atası Mark Ketlin "VeloNews" nəşrinə müsahibəsində bildirib.

İdmançının cəsədi bir gün əvvəl onun Kaliforniyadakı evində aşkarlanıb. Onun atası qızının özünü öldürməsi səbəbi və hadisənin başvermə şəraiti barədə heç nə deməyib. "İtkinin ağrısı inanılmazdır", - deyə o bildirib.

Ketlinin ölümü haqqında həmçinin ABŞ-ın Velosiped İdmanı Federasiyasının sədri Bob Demartini də bəyanat yayıb. O, qeyd edib ki, Kelli həmişəlik ölkənin velosiped idmanı ailəsinin üzvü olaraq qalacaq.

Kelli Ketlin 2016, 2017 və 2018-ci illərin komanda yarışlarında dünya çempionatlarının qızıl medallarını qazanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar