Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qaxda KABUS GECƏ: mikroavtobus yük avtomobili ilə toqquşdu və... - VİDEO

Tarix: 09-03-2019 19:59     Baxış: 3208 A- / A+
Qaxda KABUS GECƏ: mikroavtobus yük avtomobili ilə toqquşdu və... - VİDEO


Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Qaxda isə mikroavtobusun yük maşını ilə toqquşması ölümlə nəticələnib.


Minik avtomobilinin yük maşını ilə toqquşması 2 nəfərin ölümü ilə nəticələnib…


Ağır qəza Bakı-Qazax avto magistralının Şəmkirin Əliyaqublu kəndindən keçən hissəsində baş verib. Əliyaqublu kənd sakini, 20 yaşlı Ruslan Kazımovun idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub. Sürücü Ruslan Kazımov və avtomobildə olan sərnişin, 19 yaşlı Elxan Cəlilov hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 24 yaşlı Bağır Hüseynov isə ağır bədən xəsarətləri ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Daha sonra o Gəncədəki özəl xəstəxanaya aparılıb.

Qaxda da ölümlə nəticələnən qəza baş verib. Hadisə rayonun Yevlax-Zaqatala-Gürcüstan magistralının Qıpçaq kəndindən keçən hissəsində qeydə alınıb. Xaçmaz sakini, 34 yaşlı Məcid Məhərrəmovun idarə etdiyi mikroavtobus Yevlaxdan Balakən istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn, Balakənin Talalar kənd sakini, 42 yaşlı Səməd Qurbanovun sükan arxasında olduğu yük maşını ilə toqquşub.

Mikroavtobusun sürücüsü Məcid Məhərrəmov hadisə yerində dünyasını dəyişib. Mikroavtobusda olan sərnişin, Balakən sakini 27 yaşlı Nail Xanullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb alıb. Vəziyyəti kafidir. Yük avtomobilinin sürücüsünün sözlərinə görə, Balakəndən Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn mikroavtobus qəfildən onun yoluna çıxıb. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar