Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rəssamımız iki qitə arasında “Ağ körpü” saldı - ŞƏKİL

Tarix: 07-03-2019 17:35     Baxış: 3232 A- / A+
Rəssamımız iki qitə arasında “Ağ körpü” saldı - ŞƏKİL

Xalq rəssamı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və akademiyanın Azərbaycan Nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin İstanbulda fərdi sərgisi açılıb.

Manevr.az
xəbər verir ki, İstanbulun Üsküdar Bələdiyyəsinin hazırladığı layihə əsasında martın 6-da “Galeri Nev - Nevmekan Sahil” qalereyasında açılan və Arif Əzizin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlərin sərgiləndiyi “Ağ körpü” adlı sərgidə Türkiyə ictimaiyyəti, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər, media nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Üsküdar Bələdiyyəsini sədri Hilmi Türkmən İstanbulun tarixi bölgələrindən birində dünya miqyasında tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı rəsm sərgisini açılışını etməkdən qürur duyduğunu bildirib.

Professor Arif Əziz bu əhatəli tədbiri təşkil edənlərə minnətdarlığını bildirib:

“60 illik yaradıcılıq həyatımda ağ rəng həmişə əsərlərimin əsas simvolu olub. Məhz bu rəng vasitəsiylə mən əsərlərimdəki sülh, dostluq, qardaşlıq, əmin-amanlıq, insan haqları, əməyə hörmət kimi bəşəri məsələləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. İki qitədə yerləşən İstanbuldakı növbəti sərgimdə də dünyaya ağ rəng vasitəsiylə daha dərin mesajlar verdiyimə inanıram”.

Qeyd edək ki, “Ağ körpü” adlı sərgi aprelin 12-nə qədər davam edəcək.kult.az
Rəssamımız iki qitə arasında “Ağ körpü” saldı - ŞƏKİL



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar