Xəbər lenti
Ömürlük məhkum damarlarını doğradı
Bir neçə il əvvəl Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirildiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev intihara cəhd edib.
O, cəza çəkdiyi Qobustan qapalı həbsxanasından Kürdəxanıdakı 1 saylı İstintaq təcridxanasına aparılan vaxt damarlarını doğrayıb.
Buna səbəb V.Əliyevə telefonu satana yox, ona əlavə cəza verilməsinə etiraz etməsidir. Bu barədə ömürlük məhbusun anası Məlahət İsmayılova məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl məhbusun anası oğlunun başına gələnlərlə bağlı ətraflı məlumat vermiş, eyni zamanda oğlunun ona qarşı haqsızlıqlara son qoyulmayacağı halda ölüm mesajını çatdırmışdı.
Məlumat üçün bildirək ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir) azadlıqdan məhrum edilmişdi.
Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı. Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib. (Criminal.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar