Xəbər lenti
16 yaşlı qız özünü baxın nə hala saldı? - Nə etdin, sən

Ərzincanda bitlənən saçlarını benzinlə yumaq istəyən lisey tələbəsi, 16 yaşlı Gözdə K, sobayla təmas edib və alovlar içində qalıb.
Manevr.az metbuat.az-a istinadla xəbər verir ki, atası Ərdal K. tərəfindən ağır yaralı olaraq xilas edilən Gözdə K, sövq edildiyi Ərzurumda müalicəyə alınıb.
Ailəsinin maddi vəziyyəti yaxşı olmayan Gözdə K. üçün sosial mediada da yardım kampaniyası başladılıb.
Hadisə 3 mart günü, saat 22.00 sıralarında, İzzetpaşa Məhəlləsində baş verib.
Fikriye- Ərdal K. cütlüyünün 4 övladından biri olan Gözdə K, dostlarının tövsiyəsi ilə bitlənən saçlarını benzinlə yumaq üçün hamama girib. Gözdə K, hamamda benzindən bir miqdar saçına töküb. Ancaq bu zaman saçları sobayla təmas edincə, Gözdə K, alovlar içində qalıb.
Fəryad səslərin eşidən Ərdal K, vannanın qapısını sındıraraq içəri girib.
Qızını xilas edərkən əllərindən xəsarət alan və eyni xəstəxanada müalicə alan Ərdal dəhşətli anları mediaya danışıb.
Bu arada, ailəsinin maddi vəziyyəti yaxşı olmayan Gözdə K. üçün sosial mediada Könüllü Gənclər Cəmiyyəti tərəfindən yardım kampaniyası başladılıb.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar