Xəbər lenti
Sükan arxasında siqaret çəkir, telefonla danışır

Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir. Bu azmış kimi, o hərdən mobil telefonla da danışır. Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun "20 Yanvar" stansiyasından Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib.
Manevr.az xəzər xəbər-ə istinadən bildirir ki, sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır.
Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətdən bildirildi ki, həmin sürücü işdən kənarlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən isə məsələ ilə bağlı araşdırma aparılacağı və müvafiq tədbirlərin görüləcəyi deyildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































