Xəbər lenti
Bakıda qısqanc kişi qardaşı arvadını öldürdü – Namus cinayəti

Bakıda qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəzərxəbər-ə istinadən məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 7-də davam edəcək.
İttihama görə, ötən il avqustun 8-də paytaxtın Xəzər rayonunda Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rübabə Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Əliəkbər Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar