Xəbər lenti
İcra başçısının ölümü ilə bağlı yeni xəbər - Cinayət işi açıldı
Fevralın 24-də Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Manevr.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Rövşən İbrahimov fevralın 25-də Qurd qapısı qəbiristanlığında dəfn edilib.
O, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar