Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qədim imperiyanın müəmmalı şəkildə yoxa çıxmasının səbəbi məlum oldu - VİDEO

Tarix: 27-02-2019 16:55     Baxış: 4213 A- / A+
Qədim imperiyanın müəmmalı şəkildə yoxa çıxmasının səbəbi məlum oldu - VİDEO


Orta əsrlərdə ən böyük dövlətlərdən sayılan Kxmer imperiyasının anlaşılmaz şəkildə yoxa çıxmasını haqda həmişə müxtəlif versiyalar səslənib. Ən çox qonşularla müharibə şəraiti əsas kimi göstərilirdi. Bundan başqa, quraqlıq versiyası da vardı.
Avstraliyadan və Fransadan olan elm adamlarından yaranmış qrup başqa nəticəyə gəlib. Alimlər hesab edir ki, Kxmer imperiyasının yoxa çıxmasının əsas səbəbi əhali sayının kəskin azalması və paytaxt Anqkorun sakinlərinin başqa dövlətlərə üz tutması olub.

Elmi qrup bu nəticəyə çöküntü nümunələrini öyrənməklə gəlib. Alimlər kxmerlərin kənd təsərrüfatının intensivliyinin zamanla necə dəyişdiyini anlamağa çalışıblar. Məlum olub ki, proses imperiyanın dağılmasından hələ bir əsr əvvəl başlayıbmış. Meşələrin qırılması, torpaq eroziyası, yanğınlar da dövlətin süqutuna təsir göstərib. Əhali getdikcə imperiyanı tərk etməyə başlayıb. Üstəlik, say da kəskin azalıb.

Kxmer imperiyası 600 ildən çox yaşayıb. İmperiya indki 4 ölkəni – Kambocanı, Vyetnamı, Tailandı və Laosu əhatə edirdi. Amma kxmerlər daha çox kambocalıların əcdadı sayılır. İmperiyanın başqa adı həm də Kambucadeşa idi. Dövlətin süqut ili kimi 1431 göstərilir.

Avstraliyalı və fransız elm adamlarından ibarət qrup hesab edir ki, artıq 14-cü əsrin sonlarında Kxmer imperiyasında yaşayış üçün heç bir şərait qalmamışdı. Ölkənin böyük hissəsi bataqlıqlara çevrilmişdi.

Sidney universitetinin dosenti Den Penni isə sosial amilləri bu qədər qabartmağın tərəfdarı deyil. Onun fikrincə, Anqkorun boşalması daha çox şəhər elitasının buranı tərk etməsiylə bağlı olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar