Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qadın Rusiya miqrasiya xidmətində qanunsuz işləyib

Tarix: 26-02-2019 23:32     Baxış: 3266 A- / A+
Azərbaycanlı qadın Rusiya miqrasiya xidmətində qanunsuz işləyib

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri Kuntsevo rayonu üzrə miqrasiya bölməsində iki ay müddətində Azərbaycan vətəndaşı olan qadın işləyib. Paytaxt prokurorluğunun məlumatına görə, həmin şəxs işdən uzaqlaşdırılıb və cərimələnib.

Fakt Kuntsevo Prokurorluğunun apardığı araşdırmalar zamanı üzə çıxıb.

“Rayonun miqrasiya idarəsində 2018-ci ilin noyabrından əcnəbi şəxs faktiki olaraq qanunsuz fəaliyyətlə məşğul olub”, - məlumatda bildirilib.

Araşdırmalar zamanı həmin şəxsin sənədlərinin federal qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyənləşib.

Bildirilib ki, miqrasiya idarəsində işləyən qadın Azərbaycan vətəndaşıdır.

O, Rusiya Federasiyası ərazisində əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin qanunsuz fəaliyyəti ittihamı ilə inzibati məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə beş min rubl (təxminən 130 manat - red.) məbləğində cərimələnib.

Bundan başqa, bölmə rəisini də sərt cəza gözləyir.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar