Xəbər lenti
Dəm qazından ölən tələbə qızın atası danışdı: "Təcili yardım gələndə…

“Aytən Qovlarda ən yüksək bal toplayan tələbə olub. İndiyə kimi heç kim onun qədər bal yığmayıb. Universitetdə də öz qruplarının nümayəndəsi idi”.
Manevr.az xəbər verir ki, bunu azvision.az -a ötən gün dəm qazından zəhərlənərək ölən tələbə, Tovuz rayon sakini Aytən Camalovanın atası Hikmət Camalov deyib.
Onun sözlərinə görə, qızı öz qəsəblərindən olan başqa bir qızla Bakıda kirayədə yaşayırmış: “Evdə iki qız qalırdı. Aytən dünən saat 11 radələrində hamamda dəm qazından zəhərlənib. Artıq təcili yardım gələndə çox gec idi”.
ADU-dan bildirilib ki, Aytən Camalova birinci imtahan sessiyasında yaxşı nəticə göstərdiyi üçün əlaçı təqaüdünə layiq görülüb.
Qeyd edək ki, ötən gün 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Tovuz rayonundan olan A.Camalova Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi idi. O, 622 bal toplayaraq tələbə adını qazanmışdı.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar