Xəbər lenti
İynədən ölən 8 yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Şabran rayonunda antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşan və yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən 8 yaşlı uşağın ölümündə həkimin günahı olub-olmadığı araşdırmalardan sonra məlum olacaq.
Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirb.
Onun sözlərinə görə, hadisə ilə bağlı Şabran rayon Prokurorluğu və nazirliyin Ölüm Hallarını Araşdıran Komissiyası tərəfindən araşdırma aparılacaq: “Həkimin günahının olub-olmadığı, uşağın hansı səbəbdən öldüyü araşdırmalardan sonra məlum olacaq və ona müvafiq tədbir görüləcək”.
Qeyd edək ki, “Report"un verdiyi xəbərə görə, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova xəstələndiyi üçün həkimə aparılıb və həkim tərəfindən vurulan antibiotikdən sonra vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq komaya düşmüş uşaq dünyasını dəyişib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar