Xəbər lenti
Qəfil dünyasını dəyişən icra başçısı kim idi?

Xəbər verdiyimiz kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov ötən gün qəfil dünyasını dəyişib.
Rövşən İbrahimov 2018-ci ilin 18 may tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.
ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.
Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.(baku.ws)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































