Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı Sankt-Peterburqda "şarik" iyləyib, dəhşət saçdı- ölənlər var VİDEO, ŞƏKİL

Tarix: 24-02-2019 14:55     Baxış: 2263 A- / A+
Azərbaycanlı Sankt-Peterburqda "şarik" iyləyib, dəhşət saçdı- ölənlər var VİDEO, ŞƏKİL



Muradın idarə etdiyi “BMW X6” səkiyə çıxaraq piyadaları əzib


Azərbaycanlı kişi Rusiyada ağır qəzaya səbəb olub. İstiPress-in Rusiya nmətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün Sankt Peterburq şəhərinin mərkəzində, Nevski prospektində eydə alınıb.

“BMW X6” səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb. Ölənlərdən biri ABŞ vətəndaşı, digəri isə 38 yaşlı rusdur. Yaralılardan birinin vəziyyəti də kritikdir.

Bahalı maşının sükanı arxasında isə əslən azərbaycanlı olan Rusiya vətəndaşı 30 yaşlı Murad Qasımov olub. O, 2010-cu ilədən Rusiyada yaşayır.

İnsanları vurandan sonra maşın prospektdə 100 metrdən artıq hərəkət edib və restoranlardan birinin qapısına çırpılaraq dayanıb.

Şübhəli şəxs qəzadan dərhal sonra saxlanılıb. Son bir ildə onun barəsində müxtəlif yol hərəkəti qaydaları pozuntusu ilə bağlı 55 protokolun tərtib edildiyi üzə çıxıb. Cərimələri isə ödəməyib.

Hələlik M.Qasımovun Rusiyada hansı işlə məşğul olduğu dəqiq bəlli deyil. Amma "Fontanka"saytı onun dəbli avtomobil nömrələrinin satışı ilə qazanc əldə edə biləcəyini istisna etməyib.

2 nəfərin ölümünə səbəb olan sürücü hansısa bihuşedici qazın təsirində olduğunu deyib. Murad etiraf edib ki, dünən axşam barlardan birində “şarik” iyləyib, sükan arxasında isə, sadəcə olaraq, “sönüb”.

Dəhşətli qəzanın görüntüləri təhlükəsizlik kameralarına düşüb. Kadrlardan avtomobilin yüksək sürətlə səkiyə çıxdığı aydın görünür.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar